Binəqədi Rayonunda Binəqədi Rayon icra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və idman idarəsi və 6 â„–li Uşaq Gənclərin inkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan xalqının milli qurtuluş günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalı keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Millət vəkilləri Eldar ibrahimov, Kamaləddin Qafarov, Madər Musayev, Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini intiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəisi Vüqar Zeynalov, BRiH başçısının müavinləri, BRiH başçısı Aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllülər və s.)
Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra Dövlət Himni səsləndirildi və festival “Azərbaycan” mahnısı ilə açıq elan olundu. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Tədbirin bədii hissəsindən sonra çıxış üçün söz Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini intiqam Babayevə verildi. intiqam Babayev əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsilin yetişmişdiyini bildirdi. Natiq bugünkü Azərbaycan gəncliyinin ümummilli lider Heydər əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırladığını qeyd etdi.
Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək müsabiqə iştirakçılarını təbrik etdi, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirdi. əsası Ulu Öndər Heydər əliyev tərəfindən qoyulan siyasi kursun bu gün ölkə Prezidenti cənab ilham əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdən Elxan Allahverdiyev Prezident ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını qeyd etdi. Natiq bu siyasət çərçivəsində uğurla icra olunan bu kimi tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olduğumuzu dedi.
Belediyye.info